"Təmiz Şəhər" sakinlərə lazımsız geyim və əşyalarını ianə etmək imkanı yaradıb

"Təmiz Şəhər" sakinlərə lazımsız geyim və əşyalarını ianə etmək imkanı yaradıb
# 10 noyabr 2015 07:45 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Təmiz Şəhər” ASC yeni və funksional dizaynla www.tullantim.az saytını istifadəçilərə təqdim edir.

“Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu sayt vasitəsilə şəhər təmizliyi üçün yeni imkanlar təklif olunur.

Layihə tullantıların miqdarının azaldılması istiqamətində ölkədə aparılan işlərə dəstək olacaq. Saytın özəl xüsusiyyətlərindən biri ondan ibarətdir ki, onun istifadəçiləri olan şəhər sakinləri də görülən işin iştirakçısı ola bilərlər. Bunun üçün lazımsız hesab etdikləri geyim və əşyalarını www.tullantim.az-ın “İanə et” bölməsinə yükləyərək ehtiyacı olan şəxslərə bağışlaya bilərlər. Bununla, həm xeyir iş görmüş olarlar, həm də “Təmiz Şəhər” ASC-in tullantıların azaldılması layihəsinə dəstək olaraq yaşadıqları şəhərin təmizliyində, tullantılarının azaldılmasında pay sahibi olarlar.

Bundan başqa saytın “Yaşıl düşün”, “Atma, yarat”, “Şəhərimizi təmiz saxlayaq”, “Birja” bölmələri ətraf mühiti təmiz saxlamağın yollarını ətraflı izah edir və öyrədir. Layihə, şəxslərə və müəssisələrə tullantıları idarə etməyi, bəzən azaltmağı, bəzən isə həm də tullantıdan faydalanmağı, onu sənayeyə geri qaytarmağı öyrədir.

“Təmiz Şəhər” ASC hər kəsi www.tullatim.az layihəsində aktiv iştirak etməyə və tullantıları azaltmağa dəstək olmağa çağırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR