BMT-nin Əhali Fondu jurnalistlər üçün təlim təşkil edəcək

BMT-nin Əhali Fondu jurnalistlər üçün təlim təşkil edəcək
# 27 aprel 2016 15:05 (UTC +04:00)

Bakı - APA. BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyi “MediaLink” şirkəti ilə birlikdə jurnalistlər üçün “Azərbaycanda doğulan uşaqlar arasında cins nisbətinin pozulması probleminin mediada işıqlandırılması” mövzusunda təlim təşkil edəcək.

APA-nın xəbərinə görə, 10-11 may tarixlərində keçiriləcək təlim insan haqları, gender problemləri, gender əsaslı zorakılıq və s. bu kimi mövzularda yazan jurnalistləri cinslərin doğum nisbətinin pozulmasının səbəb və nəticələri haqqında məlumatlandırmaq və medianın diqqətini son illər Azərbaycanda aktual olan bu mövzuya cəlb etməkdir. Təlimin ardınca iştirakçı jurnalistlər arasında “ən yaxşı məqalə” müsabiqəsi təşkil olunacaq və müsabiqənin qalibləri mükafatlandırılacaq.

İştirak etmək istəyən mətbuat nümayəndələrindən mayın 2-si, saat 18.00-a kimi özləri haqqında məlumatı da əks etdirən qısa maraq məktubunu [email protected] ünvanına göndərmələri xahiş olunur. Seçilmiş iştirakçılar mayın 4-dən gec olmayaraq məlumatlandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR