Rusiyada deportasiya olunmalarını gözləyən azərbaycanlılar aclıq aksiyası keçiriblər

Rusiyada deportasiya olunmalarını gözləyən azərbaycanlılar aclıq aksiyası keçiriblər
# 19 avqust 2016 10:22 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiyanın Primorsk vilayətinin Artyom şəhərində azərbaycanlılar da daxil olmaqla, müvəqqəti saxlanma mərkəzində saxlanılan xarici vətəndaşlar aclıq aksiyası keçiriblər.

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, uzun müddət deportasiya olunmalarını gözləyən xaricilərin aksiyası 4 gün çəkib.

Aksiyada 20 nəfər iştirak edib. İctimai Nəzarət Komissiyasının əməkdaşlarını ora baş çəkdikdən sonra aclıq aksiyası dayandırılıb. Komissiyanın sədr müavini Aleksandr Smışlyayev bildirib ki, burada mart ayından deportasiya olunmalarını gözləyən insanlar var. Onun sözlərin görə, son 3 ayda mərkəzdə olanlardan heç kim öz ölkəsinə göndərilməyib.

Etirazçılar həmçinin saxlanma şəraitindən də narazılıqlarını ifadə ediblər.

Mərkəz 65 nəfərlik olsa da, hazırda orada 107 nəfər saxlanılır. Xaricilərin əksəriyyəti Özbəkistan vətəndaşıdır. Orada həmçinin Ukrayna, Azərbaycan, Tacikistan, Qırğızıstan, Qazaxıstan və Koreya vətəndaşları var.

İctimai Nəzarət Komissiyasının sədri Vladimir Naydin bildirib ki, problem deportasiya üçün vasitələrin çatışmazlığı səbəbindən yaranıb. Onun sözlərinə görə, komissiya vəziyyəti nəzarətdə saxlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR