“Greenfields” Azərbaycandakı əməliyyatlardan əldə etdiyi gəliri açıqlayıb

“Greenfields” Azərbaycandakı əməliyyatlardan əldə etdiyi gəliri açıqlayıb
# 28 may 2016 09:30 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Greenfields Petroleum Corporation” şirkəti 2016-cı ilin I rübünü maliyyə göstəricilərini açıqlayıb. “APA-Economics” xəbər verir ki, bu barədə “satprnews” agentliyi məlumat yayıb.

Bildirilir ki, 2016-cı ilin ilk rübündə şirkət həmtəsisçisi olduğu “Bahar Energy Limited” şirkətində sahibi olduğu 33,33%-lik paydan 0,3 mln. dollar gəlir əldə edib. “Bahar Energy Operating Company 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin I rübündə əməliyyat və inzibati xərclərini 42% azaldıb. Şirkətin 2016-cı il üçün büdcəsində 44,2 milyon dollar ümumi xərclər nəzərdə tutulub. Xərclərin 22,2 milyon dolları əməliyyat, 22 milyon dolları isə kapital xərclərinə aid edilib”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, cari ilin ilk rübündə “Bahar Energy Limited” şirkətinin neft satışı bir günə orta hesabla 886 barrel, qaz satışı isə orta hesabla 13,629 kubmetr təşkil edib. Ötən ilin yanvar-mart ayları ilə müqayisədə bu il neft satışı 7% artıb, qaz satışı isə 5% azalıb. . “Greenfields Petroleum Corporation” şirkətinin “Bahar Energy Limited”dəki 33,33%-lik payından isə neft satışı həcmi bir günə orta hesabla 295 barrelə, qaz satışı həcmi isə orta hesabla 4,543 kubmetrə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR