Əbülfəs Qarayev Salyanda vətəndaşları qəbul edib

Əbülfəs Qarayev Salyanda vətəndaşları qəbul edib
# 30 mart 2016 11:08 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı - APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Salyan şəhərində vətəndaşları qəbul edib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəbulda Salyan, Biləsuvar, Hacıqabul, Neftçala, Cəbrayıl rayonlarından və Şirvan şəhərindən olan vətəndaşlar iştirak edib.

Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanları və digər məsələlərlə bağlı müraciətlər edilib.

Ə. Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib. Qəbuldan sonra nazir mədəniyyət müəssisələri işçilərinin iştirakı ilə iclas keçirib. İclasda mədəniyyət müəssisələrinin fəaliyyətinin daha da gücləndirilməsi üçün aparılan işlər və qarşıda duran vəzifələr barədə danışılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR