Dağıstanın Azərbaycanla sərhəd rayonunda polisə atəş açan silahlı öldürülüb

Dağıstanın Azərbaycanla sərhəd rayonunda polisə atəş açan silahlı öldürülüb
# 14 avqust 2016 07:04 (UTC +04:00)

Bakı-APA. Dağıstanın Məhərrəmkənd rayonunda polisə atəş açan silahlı öldürülüb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, sənədlərin yoxlanılması üçün saxlanılan avtomobilin sürücüsü polislərə atəş açıb.

Cavab atəşi ilə silahlı öldürülüb. Öldürülən silahlının şəxsiyyəti müəyyənləşdirilib. O, “Cənub silahlı qrupu”nun üzvü olan həmin şəxs bir sıra cinayətlərə görə fevral ayından axtarışda olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR