Gəncədə "VAZ" maneəyə çırpılıb: 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb - YENİLƏNİB

Gəncədə "VAZ" maneəyə çırpılıb: 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 20 may 2016 01:00 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində, “Nizami Sovxozu” adlanan ərazidə qeydə alınıb. 1981-ci il təvəllüdlü Surac Abdullayev yüksək sürətlə idarə etdiyi “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşını yolu tənzimləyən beton maneəyə çırpıb.

Qəza zamanı sürücü və avtomobildə olan 6 nəfər, 1995-ci il təvəllüdlü Anjela Mirasliçenko, 1998-ci il təvəllüdlü Ramin Abdullayev, 1988-ci il təvəllüdlü Rıslan Mirasliçenko onun qızı 2006-cı il təvəllüdlü Fatimə, 1979-cu il təvəllüdlü Sergey Mirasliçenko və 1993-cü il təvəllüdlü Doçenko Arsen adlı şəxslər müxtəlif bədən xəsarətləri alaraq Gəncədə olan iki xəstəxanaya yerləşdiriblər. Tibbi yardıma baxmayaraq, sürücü Surac Abdullayev xəstəxanada ölüb.

Qeyd edək ki, qəzaya düşənlər qaraçılardır və onlar Gəncənin Natəvan qəsəbəsində məskunlaşıblar.

Hadisəyə avtomobilin sərxoş vəziyyətdə idarə edilməsinin səbəbə olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

***** 23.56

Gəncə. Azər Məmmədli – APA. Gəncədə piyadaların da xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 23 radələrində şəhərin Üzeyir Hacıbəyov küçəsində, “Nizami Sovxozu” adlanan ərazidə qeydə alınıb. Məlumata görə, “VAZ” markalı avtomobilin idarəetmədən çıxaraq, maneəyə çırpılması nəticəsində 6 nəfər xəsarət alıb. Xəsarət alanlar arasında piyadaların da olduğu bildirilir.

Xəsarət alanlardan 4-ü Abbas Səhhət adına xəstəxanaya, ikisi isə Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Xəsarət alanlardan biri uşaq, üçü isə böyükdür.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR