Braziliya Senatı impiçmentin lehinə səs verib

Braziliya Senatı impiçmentin lehinə səs verib
# 12 may 2016 02:33 (UTC +04:00)

Bakı-APA. Braziliya Senatında ölkə prezidenti Dilma Russeffin vəzifədən kənarlaşdırılması məsələsinə dair səsvermə keçirilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, artıq 26 senatordan 22-si impiçmentin lehinə səs verib. Dövlət başçısının müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılması üçün 81-səsdən 41-i kifayətdir.

Belə olan halda D.Russeff 180 günlük vəzifədən kənarlaşdırılacaq, onun səlahiyyətlərini isə vitse-prezident Mişel Temer icra edəcək. Bundan sonra məsələyə Senatın xüsusi iclasında, Ali Məhkəmənin sədrinin iştirakı ilə yenidən baxılacaq. Prezidentin birdəfəlik vəzifəsindən uzaqlaşdırılması üçün 54 səs lazım olacaq.

Qeyd edək ki, 2011-ci ildən ölkəyə rəhbərlik edən Russeffin adı bir neçə korrupsiya qalmaqalında hallanıb. Qalmaqallardan biri “Petrobras” Dövlət Neft Şirkəti ilə bağlıdır. Həmçinin, Braziliyanın Hesablama Palatası ölkə prezidentinin fəaliyyətində qanun pozuntuları aşkarlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR