İsrail Qəzzaya hava zərbəsi endirib

İsrail Qəzzaya hava zərbəsi endirib
# 04 may 2016 20:52 (UTC +04:00)

Bakı-APA. İsrailə məxsus Hərbi Hava Qüvvələri (HQQ) Qəzza zolağında yerləşən obyektlərə havadan zərbə endirib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu İsrail ordusunun rəsmi nümayəndəsi Piter Lerner bəyan edib.

“İsrailə məxsus HQQ Qəzzanın cənubunda HƏMAS-a məxsus beş obyektə hava zərbəsi endirib”, deyə P.Lerner bildirib.

Qeyd edək ki, bundan əvvəl İsrail hərbçiləri Qəzza tərəfdən minaatanlardan atəşə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR