Azərbaycanda Cahangir Zeynalovun 150 illik yubileyi qeyd olunacaq

Azərbaycanda Cahangir Zeynalovun 150 illik yubileyi qeyd olunacaq
# 14 oktyabr 2015 15:51 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Cahangir Zeynalovun 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinə görkəmli teatr xadimi C. Zeynalovun 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, 2015-ci ildə Azərbaycan professional teatrının banilərindən biri, görkəmli aktyor, teatr xadimi və pedaqoq Cahangir Məşədi Rza oğlu Zeynalovun anadan olmasının 150 illiyi tamam olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR