Mirşahin Ağayev MTRŞ-nı məhkəməyə verib

 Mirşahin Ağayev MTRŞ-nı məhkəməyə verib
# 01 dekabr 2015 08:00 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “ANS” Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev Milli Televiziya və Radio Yayımları Şurasını (MTRŞ) məhkəməyə verib.

APA-nın məlumatına görə, M. Ağayev şuranın 5 oktyabr 2015-ci il tarixli 09/4 saylı qərarının ləğv edilməsi barədə iddia ilə Səbail rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə həmin iddianı rədd edib. Bundan sonra M. Ağayev Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Hazırda məhkəmədə şikayətə baxılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR