Psixotrop maddənin gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb

Psixotrop maddənin gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb
# 09 oktyabr 2015 15:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Hava Nəqliyyatında Baş Göm­rük İdarəsinin əməkdaş­ları 180 həbdən ibarət psixot­rop maddənin Azərbaycanın gömrük sərhə­dindən keçirilmə­sinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən xəbərə görə, idarənin əməkdaşları Tehran-Bakı aviareysi ilə Azərbaycana gələn sərni­şin Qurbanova Təhminə İsmayıl qızı­nın baqajına müvafiq qanunvericiliyə uyğun olaraq gömrük baxışı keçiriblər.

Yoxlama zamanı üzərində “Alprazo­lam 0.5 mq” sözləri yazılmış 2 ədəd dərman qutularına qablaşdırılan 18 ədəd konvalyutda açıq çəhrayı rəngli 180 ədəd həb aşkar olunub.


Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə görə, Qurbanova Təhminə İsmayıl qızında aşkar edilən həblər zavod üsulu ilə ha­zırlanan “Alprazolam” adlı dərman preparatıdır və bu dərman preparatı “Azərbaycan Respublikasının ərazisin­də dövriyyəsinə nəzarət edilən psixot­rop maddələr”in siyahısına daxildir.

Faktla bağlı Dövlət Gömrük Komi­təsinin İstintaq İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR