Gəncədə 57 yaşlı kişi bıçaqlanıb

Gəncədə  57 yaşlı kişi bıçaqlanıb
# 24 aprel 2016 23:32 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Gülüstan qəsəbəsində yaşayan 1959-cu il təvəllüdlü Qabil Abbasov döş qəfəsinin kəsilmiş küt travması xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

Məlumata görə Q. Abbasova yaşadığı evdə tanımadığı şəxs bıçaqla xəsarət yetirib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR