Bakıda qətl törədilib

Bakıda qətl törədilib
# 23 aprel 2016 09:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda qətl hadisəsi baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, aprelin 18-də Nərimanov rayonu ərazisindən Bakı şəhər sakini Rafiz Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tural İsmayılov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR