Sumqayıt Karbamid Zavodunda işlərin 78%-i tamamlanıb

Sumqayıt Karbamid Zavodunda işlərin 78%-i tamamlanıb
# 20 sentyabr 2016 07:50 (UTC +04:00)

Bakı - APA-Economics. Sumqayıt Karbamid Zavodunda inşaat işlərinin 2017-ci ildə tamamlanması və müəssisənin 2018-ci ilin əvvəllərində istismara verilməsi nəzərdə tutulur.

"APA-Economics" xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində deyilir.

Onun sözlərinə görə, müasir beynəlxalq standartlar əsasında inşa olunan bu müəssisədə gündəlik 1200 ton ammonyak, 2000 ton dənəvər karbamid istehsal ediləcək.

"Xammal kimi təbii qazdan istifadə ediləcək zavodda işlərin təxminən 78%-i icra edilmişdir. Ölkəmizin azot gübrəsinə tələbatını ödəmək gücünə malik bu zavod kənd təsərrüfatının inkişafına və respublikamızda ərzaq proqramının həyata keçirilməsinə neftçilərin töhfəsi olacaqdır", - deyə R. Abdullayev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR