BMT: İstanbulda keçiriləcək humanitar sammitdə 80 ölkə iştirak edəcək

BMT: İstanbulda keçiriləcək humanitar sammitdə 80 ölkə iştirak edəcək
# 02 may 2016 22:32 (UTC +04:00)

Bakı-APA. Mayın 23-24-də İstanbulda keçiriləcək beynəlxalq humanitar sammitdə 80 ölkə iştirak edəcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu BMT baş katibinin humanitar məsələlər üzrə müavini Stiven Obrayen bəyan edib.

Onun sözlərinə görə, artıq 80 ölkə sammitdə iştirakını təsdiqləyib, 45 ölkə dövlət və yaxud hökumət başçıları ilə təmsil olunacaq. Sammitin işinə siyasətçilər, iş adamları, humanitar təşkilatlar, vətəndaş cəmiyyətinin nümayəndələri daxil olmaqla ümumilikdə 6 min nəfər qatılacaq.

BMT-nin hesablamalarına əsasən, hazırda dünyada 60 milyona yaxın qaçqın və yaxud məcburi köçkün yaşayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR