Maliyyə Nazirliliyinin istiqraz emissiyasının parametrləri açıqlanıb

Maliyyə Nazirliliyinin istiqraz emissiyasının parametrləri açıqlanıb
# 02 may 2016 13:49 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin mayın 3-də Bakı Fond Birjasında (BFB) keçiriləcək Maliyyə Nazirliliyinin dövlət qısamüddətli istiqrazları (DQİ) üzrə hərrac və istiqrazların buraxılış parametrləri açıqlanıb.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, bir istiqrazın nominal dəyəri 100 manat, ümumi həcmi 15 mln. manat, istiqrazlar üzrə tədavül müddəti 91 gün təşkil edir.

Yerləşdirmədə anderrayter qismində “Paşa Kapital İŞ” ASC çıxış edir.

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Qeyd edək ki, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminə nisbəti emitentin müəyyən etdiyi minimum həddən aşağı olduğu təqdirdə emitent bu sifarişləri qəbul etməmək hüququna malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR