Bakıda qadın evində yanaraq ölüb

Bakıda qadın evində yanaraq ölüb
# 01 mart 2016 06:16 (UTC +04:00)

Bakı-APA. Bu gecə Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 78 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 25 kv.m sahədə yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, yanğının kəşfiyyatı zamanı Musayeva Nazlı Həsən qızının yanmış meyiti aşkarlanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR