Lənkəran teatrı yeni mövsümə başlayır

Lənkəran teatrı yeni mövsümə başlayır
# 13 sentyabr 2016 15:18 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran Dövlət Dram Teatrı sentyabrın 23-də 126-cı mövsümə start verəcək.

Bu barədə məlumatı APA-nın cənub bürosuna teatrın direktoru Tofiq Heydərov bildirib. Onun sözlərinə görə, həmin gün Əli Vəlioğlunun “Əsrlərin harayı” tamaşası təqdim olunacaq. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi səhnə əsəri qədim Azərbaycan dövlətinin yaranması, yurd sevgisi, bu dövlətin daim azad və firavan şəraitdə bərqərar olması, eləcə də qədim türk hökmdarının səhvi ucbatından həmin dövlətin dağılıb parçalanması kimi məsələlərdən bəhs edir.

Tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Rüfət Ramazanovdur. Əsas rollarda teatrın aparıcı aktyorlarından əməkdar artistlər Təvəkkül Əliyev və Sucəddin Mirzəyev, Aynur Əhmədova, Əlibala Əsgərov, Niftulla Əsgərov, Miraslan Ağayev, Sayad Əliyev, Şəbnəm Hüseynova, Rauf Zeynalov və digərləri çıxış edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR