Bakıda mağazadan oğurluq edən şəxs saxlanılıb

Bakıda mağazadan oğurluq edən şəxs saxlanılıb
# 13 avqust 2016 16:23 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda mağazadan oğurluq edən şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Xətai rayon 34-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 10-da Bakı şəhər sakini Ağəli Muxtarovun mağazasından 350 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini Ruslan Məmmədov tutulub.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR