Azərbaycanın müdafiə naziri Zakir Həsənov Gürcüstana səfər edib

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Gürcüstana səfər edib
# 01 aprel 2015 15:51 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Z. Həsənov və nümayəndə heyətinə daxil olan şəxslər Heydər Əliyevin Tiflisdəki büstünü ziyarət edərək abidənin önünə əklil və gül dəstələri qoyublar.

Azərbaycanın müdafiə naziri Gürcüstana səfərinin məqsədini açıqlayıb: “Səfərimizin məqsədi müəyyən etdiyimiz ikitərəfli əməkdaşlıq istiqamətlərini bir daha müzakirə etməkdir. Biz Gürcüstanın müdafiə naziri ilə Bakıda və Naxçıvanda görüşmüşük. Naxçıvanda Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli hərbi əməkdaşlığının əsas istiqamətlərini müəyyənləşdirmişdik. Budəfəki səfərdə isə planlaşdırılmış işlərin həyata keçirilməsi yollarını müzakirə edəcəyik. Sabah Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli sazişin gələcəkdə imzalanması istiqamətində işlər davam etdiriləcək. Bununla üçtərəfli əməkdaşlığın prioritetlərini müəyyən edəcəyik”.

Z. Həsənov görüşdə regional təhlükəsizlik məsələlərini də müzakirə edəcəklərini söyləyib: “Biz Ermənistanın regional sülhə və qonşularına təhlükə yaratmasını da müzakirə edəcəyik. Tərəflərin bu məsələyə dair mövqelərini dinləyəcəyik”.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR