Astarada 8 gün öncə yanacaqdoldurma məntəqəsində qətl törədən şəxs tutulub

Astarada 8 gün öncə yanacaqdoldurma məntəqəsində qətl törədən şəxs tutulub
# 02 mart 2015 09:34 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Astara rayonunda qətl törədən şəxs həbs edilib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayonun Ərçivan qəsəbəsinin ərazisində yanacaqdoldurma məntəqəsində İltifat Quliyevi qətlə yetirən Ərçivan qəsəbə sakini əvvəllər məhkum olunmuş 30 yaşlı Əli Cəfərov tutulub.

Qeyd edək ki, fevralın 22-də İ. Quliyevin yanacaq doldurma məntəqəsində üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyiti tapılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR