Azərbaycanın Polşadakı səfiri Poznan Musiqi Akademiyasına tar hədiyyə edib

Azərbaycanın Polşadakı səfiri Poznan Musiqi Akademiyasına tar hədiyyə edib
# 01 aprel 2015 18:34 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Polşanın Poznan şəhərində yerləşən İqnaçı Paderevski adına Musiqi Akademiyasının rektoru xanım Halina Lorkovskaya ilə görüşüb. Səfirlikdən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan - Polşa əlaqələri tarixindən və Azərbaycan musiqi mədəniyyətindən danışılıb. Səfir Həsən Həsənov Azərbaycanın dünya musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən musiqimizin çoxəsrlik ənənələrinin olduğunu diqqətə çatdırıb. Həsən Həsənov Poznan Musiqi Akademiyasına Azərbaycan tarı hədiyyə edib. Akademiyanın rektoru xanım Halina Lorkovskaya hədiyyəyə görə təşəkkür edib və Azərbaycan tarının Akademiyanın foyesində yerləşən musiqi alətləri sərgisində yer alacağını bildirib.

Görüşdə 2015-ci ilin oktyabr ayında Poznan Musiqi Akademiyasında Azərbaycan Musiqisi Günün keçirilməsi razılaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR