Makedoniya prezidenti Azərbaycana səfəri ilə bağlı müraciət yayıb

Makedoniya prezidenti Azərbaycana səfəri ilə bağlı müraciət yayıb
# 21 aprel 2015 09:03 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək üçün bu həftəsonu Azərbaycana səfər edəcək Makedoniya Prezidenti George İvanov Forumla əlaqədar rəsmi müraciət edib.

APA - nın məlumatına görə, prezidentin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə ünvanladığı müraciətdə bildirir: “Azərbaycanın paytaxtı Bakıda “Yeni düzənində etimadın bərpa olunması” mövzusunda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək mənimçün qürurvericidir. Bu böyük beynəlxalq forumda müzakirə mövzusu özünün əhəmiyyəti və qrafikini əks etdirir. Mən bundan əvvəlki beynəlxalq forumlarda da qeyd etmişəm ki, dünya artıq dəyişib. Dünya nizamı gizli böhran içindədir, qlobal qarşılıqlı asılılıq və milli aşınma bizim əvvəlki dünyagörüşümüzü kökündən dəyişib. On ildən az müddətdə biz dünyanın siyasi, təhlükəsizlik və maliyyə nizamında qeyri-sabitliyin şahidi olmuşuq. Bizim bildiyimiz dünya düzəninin qalıq hissələri beynəlxalq qanuni nizamdadır. Bununla belə, bu, həmçinin, ciddi bir çağırışdır”.

Makedoniya prezidenti müraciətində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə eyni görüş və məqsədləri bölüşdüyünə inandığını qeyd edib: “Mən inanıram ki, biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə eyni görüş və məqsədləri bölüşürük. Mən öz ölkəmdəki həmfikir təşkilatlarla, himayəmdəki Gənc Liderlərin beynəlxalq məktəbi, o cümlədən sülh, tolerantlıq, anlaşma və xalqlar və millətlər arasında əməkdaşlıq və s. məqsədləri paylaşan müxtəlif vətəndaş cəmiyyəti təşkilatlatları ilə yaxından əməkdaşlıq edəcəm. Bütün əvvəlki məqsədlərin əsasında etimad dayanır. Onlar etimad üzərində qurulmalıdır, bu da ürəkdən dəstəklənməlidir”.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən aprelin 28-30-da Bakıda təşkil ediləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda 10-dan çox ölkənin hazırkı prezident, baş nazir və xarici işlər nazirinin iştirakı planlaşdırılır. Forum iştirakçıları arasında BMT-nin keçmiş baş katibi Butros Butros Qali, ABŞ-ın sabiq Dövlət katibi Henri Kissencer kimi nüfuzlu siyasətçilər də var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR