“Taliban” silahlılarının Kabildə otelə hücumu nəticəsində ölənlərin sayı 14-ə çatıb

“Taliban” silahlılarının Kabildə otelə hücumu nəticəsində ölənlərin sayı 14-ə çatıb
# 14 may 2015 12:17 (UTC +04:00)

APA-nın “RIA Novosti”yə istinadən verdiyi məlumata görə, onların arasında xarici vətəndaşlar da var.

Ölən xarici vətəndaşlardan 7-nin qadın, ikisinin isə kişi olduğu bildirilir. Ölən 5 əfqandan isə biri qadındır. Daha 7 Əfqanıstan vətəndaşı, o cümlədən polis əməkdaşı yaralanıb. 14 nəfərin ölüm xəbərini Əfqanıstandakı BMT Missiyası da təsdiqləyib.

Qeyd edək ki, “Park Palace” mehmanxanasına hücum ötən gün axşam saatlarında olub. Hücumda 4 nəfər iştirak edib. Hadisə yerində təhlükəsizlik qüvvələri ilə silahlılar arasında atışma baş verib. Atışma bir neçə saat davam edib, hücum edənlər zərərsizləşdirilib. Əməliyyat nəticəsində 44 nəfər xilas olunub.

“Taliban” hərəkatı hücumla bağlı məsuliyyəti üzərinə götürüb. Hərəkat nümayəndəsi Zabihulla Mücahid mehmanxanaya xaricilərin olduğu üçün hücum etdiklərini bildirib. O qeyd edib ki, hücum edən şəxs belinə “şəhid kəməri” bağlayıb, habelə “Kalaşnikov” avtomatı və tapança ilə silahlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR