Bakıda klubda yanğın olub

Bakıda klubda yanğın olub
# 11 aprel 2015 19:15 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın Bakının Nəsimi rayonunda ümumi sahəsi 80 kv.m olan hazırda fəaliyyət göstərməyən klubda baş verib. Nəticədə klubun köməkçi otağı 20 kv.m və dam örtüyü 60 kv.m sahədə yanıb. Klubun qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR