CHP daxilində millət vəkilliyinə namizədləri müəyyənləşdirmək üçün ilkin seçki keçirilib - FOTOSESSİYA

CHP daxilində millət vəkilliyinə namizədləri müəyyənləşdirmək üçün ilkin seçki keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 30 mart 2015 08:07 (UTC +04:00)

Bakı – APA. Cümhuriyyət Xalq Partiyası (CHP) daxilində partiyanın iyunun 7-də keçiriləcək parlament seçkilərində namizədlərinin bir qismini müəyyənləşdirmək məqsədilə ilkin seçki keçirilib. APA-nın xəbərinə görə, 41 vilayətdə keçirilən ilkin seçkidə səsvermə hüququ olan 760 min CHP üzvünün təxminən 50 faizi iştirak edib.

CHP lideri Kamal Kılıçdaroğlu da namizədliyə namizəd kimi ilkin seçkidə yarışıb. İzmir şəhərində 2-ci dairədən namizəd olan K. Kılıçdaroğlu böyük fərqlə (85%) birinci olub. Qondarma “Ergenekon” cinayət işi çərçivəsində 4 il 8 ay həbsdə yatmış tanınmış jurnalist Mustafa Balbay ikinci yeri tutub. Bu dairədə CHP birinci sıradan qadınların təmsilçisini namizəd göstərəcəyi üçün 7 iyun seçkilərində K. Kılıçdaroğlunun adı ikinci, M. Balbayın adı üçüncü sırada olacaq.

İzmirin 1-ci seçki dairəsində keçirilən ilkin seçkidə mövcud millət vəkili, parlamentin ötən iclaslarının birində AKP millət vəkilləri tərəfindən döyülərək xəsarət alan Musa Çam birinci yeri tutub.

Paytaxt Ankarada keçirilən ilkin seçkidə uzun illər CHP-nin baş katibi vəzifəsini tutmuş Öndər Sav məğlub olaraq millət vəkili seçilmək şansını itirib. Ankaranın 1-ci seçki dairəsində CHP-nin Ankara təşkilatının sabiq sədri Necati Yılmaz birinci, partiyanın ən fəal qadın millət vəkillərindən olan Aylin Nazlıaka ikinci yeri tutub.

Ölkənin ən böyük şəhəri İstanbulda ən maraqlı yarış 2-ci seçki dairəsində yaşanıb. Son bələdiyyə seçkilərində CHP-nin İstanbul bələdiyyə başqanlığına namizədi olmuş Mustafa Sarıgül ilkin seçkidə 5-ci yeri tutub. Mövcud millət vəkili, korrupsiyaya qarşı mübarizəsi ilə diqqət çəkən Aykut Ərdoğdu 1-ci, “Ergenekon” işi ilə bağlı ömürlük həbsə məhkum edilmiş, 3 ildən çox həbsdə qaldıqdan sonra sərbəst buraxılan Türkiyə Silahlı Qüvvələrinin polkovniki Dursun Çiçək 2-ci yer tutub. Bu nəticə ilə D. Çiçəkin millət vəkili seçilməsi təmin olunub. M. Sarıgülün millət vəkili olma şansı isə bir qədər mübahisəlidir. Belə ki, İstanbulun hər üç seçki dairəsində 1-ci, 3-cü, 5-ci və 7-ci sıradan namizədləri CHP rəhbərliyi müəyyənləşdirəcəyi üçün M. Sarıgülün adı 9-cu sırada olacaq.

İstanbulun 1-ci seçki dairəsində hazırkı fəal millət vəkili Mahmud Tanal, 3-cü seçki dairəsində isə CHP-nin ən nüfuzlu millət vəkillərindən olan İlhan Cihaner 1-ci olublar.

Antalya vilayətindəki ilkin seçkidə sürpriz nəticə əldə olunub. Belə ki, CHP-nin keçmiş lideri Dəniz Baykal 2-ci, keçmiş bələdiyyə başqanı Mustafa Akaydın isə 3-cü yeri tutub.

Başqa sürpriz Dənizli bölgəsində yaşanıb. CHP başqan müavini Adnan Kəskin namizədlər siyahısına düşə bilməyib.

Ümumilikdə, CHP-nin hazırkı millət vəkillərindən 11 nəfəri ilkin seçkidə məğlub olaraq yenidən millət vəkili seçilmək şansını itirib.

İstanbul, Ankara və İzmirin bütün seçki dairələrində CHP ilk sıradan qadınları namizəd göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR