Müsəlman ölkələrinin başçıları Moskvada məscidin açılışına dəvət olunublar

Müsəlman ölkələrinin başçıları Moskvada məscidin açılışına dəvət olunublar
# 28 iyul 2015 13:13 (UTC +04:00)

APA-nın “İzvestiya” qəzetinə istinadən yaydığı məlumata görə, sentyabrın 23-də Moskvanın Sülh prospektində yerləşən məscidin açılış mərasimi keçiriləcək.

Qəzetin yazdığına görə, Moskvanın ən böyük məscidinin açılış mərasiminə dəvət olunanlar arasında Səudiyyə Ərəbistanı, İordaniya, Fələstin, Qətər, Küveyt, Türkiyə, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, İran və digər dövlətlərin başçıları var.

Rusiya Federasiyası Müftilər Şurasından məscidin açılış mərasiminin Müqəddəs Qurban bayramı ərəfəsində keçiriləcəyi bildirilib. Şuradan İslam dövlətləri başçılarının Moskvada keçirilən görüşünün təkcə mədəni və dini hadisə olmadığını, geosiyasi əhəmiyyət daşıdığı qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR