Bakının iki rayonunun qaz təchizatı məhdudlaşdırılır

Bakının iki rayonunun qaz təchizatı məhdudlaşdırılır
# 03 mart 2015 06:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakının Nərimanov və Sabunçu rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, yeni çəkilmiş qaz kəmərinin mənbəyə birləşdirilməsi və qaz sızmasının ləğvi ilə əlaqədar martın 3-də saat 10:00-dan 18:00-dək Nərimanov və Sabunçu rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR