Balerina Qalina Petrova dünyasını dəyişib

Balerina Qalina Petrova dünyasını dəyişib
# 19 mart 2015 08:48 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Moskva “Bolşoy Teatr”ının solisti, tanınmış balerina Qalina Petrova dünyasını dəyişib.

APA-nın Lenta.ru-ya istinadən verdiyi məlumata görə, Q. Petrova dünən 101 yaşında Moskvada vəfat edib.

Q. Petrova 1933-cı ildən “Bolşoy Teatr”da çalışıb. O, “Qulu gölü”, “Yatmış gözəl” “Don Kixot” və digər səhnə əsərlərində böyük məşhurluq qazanıb.

Qeyd edək ki, balerina 1913-cü ildə Kerçdə anadan olub. O, 1957-1989-cu illərdə həm də müəllim-tərbiyəçi kimi fəaliyyət göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR