Bakı Baş Gömrük İdarəsi: "Bəzi media orqanlarında idarəyə basqın olması ilə bağlı yazılanlar yalandır"

Bakı Baş Gömrük İdarəsi: "Bəzi media orqanlarında idarəyə basqın olması ilə bağlı yazılanlar yalandır"
# 04 mart 2015 14:55 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. "Bakı Baş Gömrük İdarəsinə heç bir basqın və silahlı insident olmayıb. Bununla bağlı bəzi media orqanlarında yazılanların əsası yoxdur və yalandır". Bu barədə APA-ya Bakı Baş Gömrük İdarəsindən bildirilib.

Məlumatda qeyd olunub ki, bu barədə yayılmış məlumatlar dəqiqləşdirilməmiş və həqiqətdən uzaqdır.

Qeyd edək ki, bu gün bəzi saytlarda Bakı Baş Gömrük İdarəsinə basqın edilməsi, silahlı insident baş verməsi və bir əməkdaşının yaralanması, seyfdən pul aparılması barədə məlumat yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR