Mingəçevir Şəhər Polis Şöbəsinin yeni inzibati binasının açılışı olub

Mingəçevir Şəhər Polis Şöbəsinin yeni inzibati binasının açılışı olub
# 30 may 2015 15:48 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov - APA. Mingəçevir Şəhər Polis Şöbəsinin yeni inzibati binasının açılışı olub.

APA-nın yerli bürosunun xəbərinə görə, tədbirdə iştirak edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov bina ilə tanış olub.

Məlumat verilib ki, tikintisinə bir il öncə başlanılan 4 mərtəbəli inzibati binanın ümumi sahəsi 3108 kvadratmetrdir. Binanın bütün otaqları müasir zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilib. Yeni binada 68 xidməti otaq, 125 yerlik akt zalı var.

Binada ventilyasiya, mərkəzi istilik sistemi və qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib. İnzibati binada qeydiyyat və şəxsiyyət vəsiqəsi, dövlət yol polisi bölmələri, növbətçi hissə və digər xidməti otaqlar yaradılıb. R. Usubov xidməti otaqlara, o cümlədən akt zalına, növbətçi hissəyə, müvəqqəti saxlama yerinə baxıb.

Tədbirdə məlumat verilib ki, şəhərin 32 nöqtəsində ən müasir müşahidə kameraları quraşdırılıb və təhlükəsiz şəhər xidməti yaradılıb. Artıq bu gündən şəhər polis şöbəsindən Mingəçevirin əsas yerləri kameralar vasitəsilə izlənilir. Xidmətin fəaliyyəti ilə tanış olan nazir R. Usubov sonra yeni inzibati binanın akt zalında şəxsi heyətlə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR