Hindistanda yol qəzasında 4 nəfər ölüb, 15 nəfər yaralanıb.
APA “Times Of İndia”ya istinadən xəbər verir ki, yol qəzası Çennay şəhərində baş verib.
Avtobus sürücüsünün idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yük maşınına çırpılıb.
4 sərnişin hadisə yerində ölüb, 15 nəfər yaralanıb.
Lamiyə Şirinova