İran dondurulmuş aktivlərindən daha 4,9 mlrd dolları geri alıb

İran dondurulmuş aktivlərindən daha 4,9 mlrd dolları geri alıb
# 12 may 2015 17:41 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə İran Mərkəzi Bankın açıqlamasında bildirilir.

Əvvəlki iki mərhələ ümumilikdə 7 mlrd dolların köçürülməsi nəzərdə tutulmuşdu. Üçüncü mərhələ çərçivəsində isə ümumilikdə 4,9 mlrd dollar bir neçə bərabər tranşlarla İrana köçürülüb.

Qeyd edək ki, xarici banklarda İranın, ümumilikdə, 100 mlrd dollaradək vəsaitlərinin dondurulduğu iddia edilir. İranın nüvə proqramı üzrə saziş imzalandıqdan və sanksiyalar ləğv olunduqdan sonra bu vəsaitlərin Tehrana qaytarılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR