Pakistanda hərbi helikopterin qəzaya uğraması nəticəsində 9 nəfər ölüb

Pakistanda hərbi helikopterin qəzaya uğraması nəticəsində 9 nəfər ölüb
# 06 avqust 2015 22:32 (UTC +04:00)

Bakı-APA. Pakistanın şimal-şərqində hərbi helikopterin qəzaya uğraması nəticəsində 9 nəfər ölüb. APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, helikopterin göyərtəsində, ümumilikdə, 12 nəfər olub, qalan üç şəxs barədə heç bir məlumat verilmir.

Məlumata görə, hərbi həkimlərini daşıyan “Mi-17” tipli helikopter Hayber-Paxtunxva əyalətində dağlıq ərazidə yerə çırpılıb.

Ordu nümayəndəsinin sözlərinə görə, qəzaya səbəb texniki nasazlıq olub.

Qeyd edək ki, mayda Pakistanın şimalında helikopterin qəzaya uğraması nəticəsində Filippin və Norveç səfirləri də daxil olmaqla 7 nəfər həlak olmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR