"Rabitəbank"ın rəhbərliyində dəyişiklik baş verib - FOTO

"Rabitəbank"ın rəhbərliyində dəyişiklik baş verib - <span style="color: red;">FOTO
# 03 sentyabr 2015 14:13 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Rabitəbank" ASC-nin rəhbərliyində kadr dəyişikliyi baş verib.

"APA-Economics"in məlumatına görə, İdarə Heyətinin sədr müavini Turan İsmayılov öz xahişi ilə işdən çıxıb.

T. İsmaylov "APA-Economics"ə xəbəri təsdiqləyib.

Hələlik onun yerinə təyinat olmayıb.

Qeyd edək ki, T. İsmayılov 2007-cı ildən “Rabitəbank”da çalışıb. "Rabitəbank"dan əvvəl “Parabank”da İdarə Heyətinin sədr müavini vəzifəsində və Almaniya-Azərbaycan Fondunda (GAF) məsləhətçi vəzifəsində çalışıb.

Qeyd edək ki, o, "Xəzər" Universitetinin Maliyyə fakültəsini bitirib və ABŞ-ın Texas Texniki Universitetinin “Lawrence College”ndə təhsil alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR