BMT: Ukraynada hərbi münaqişə nəticəsində 7 min nəfər ölüb, 17 min nəfər yaralanıb

BMT: Ukraynada hərbi münaqişə nəticəsində 7 min nəfər ölüb, 17 min nəfər yaralanıb
# 28 iyul 2015 22:41 (UTC +04:00)

Bakı-APA. Ukraynada son 15 ay ərzində hərbi münaqişə nəticəsində 7 minə yaxın insan həlak olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin insan haqları üzrə Ali komissarı idarəsinin mətbuat katibi Sesil Puyi bildirib.

“2014-cü il, aprelin ortalarından 2015-ci il, iyulun 27-dək Ukraynanın şərqindəki münaqişə zonasında 6 832 nəfər (mülki və hərbi) həlak olub, azı 17 087 nəfər isə yaralanıb”, deyə S.Puyi bildirib.

Hesabata “Malayziya hava yollarına” məxsus Boeing təyyarəsində ölən 298 nəfər də daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR