Ucarda fəhlə bədbəxt hadisə nəticəsində ölüb

Ucarda fəhlə bədbəxt hadisə nəticəsində ölüb
# 30 mart 2015 16:31 (UTC +04:00)

Ucar. Zahid Abışov – APA. Ucarda fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

APA – nın yerli bürosunun məlumatına görə, hadisə bu gün rayonun Yeniyol kəndində baş verib.

Kənddə yeni tikilidə fəhlə kimi çalışan Masallı rayon sakini, 28 yaşlı Nehdiyev Ülvi Namiq oğlu elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR