Şabranda sahibkarlardan prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlanıb

Şabranda sahibkarlardan prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlanıb
# 15 avqust 2015 09:20 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şabran rayonunun Rəhimli kəndində "Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri"nə dair işgüzar forum keçirib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, işgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şabran rayonu üzrə sahibkarlıq subyektlərindən ixtisaslaşdırılmış "yaşıl market"in, müasir çörək istehsalı müəssisəsinin, südlük istiqamətli heyvandarlıq təsərrüfatlarının, intensiv bağçılıq və istixana təsərrüfatlarının, şirniyyat və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar yuxarıda qeyd olunan sahələr üzrə nümunəvi layihələri Fonddan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən bu investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: [email protected]

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR