Taner Yıldızın Rusiyaya nəzərdə tutulan səfəri təxirə salınıb

Taner Yıldızın Rusiyaya nəzərdə tutulan səfəri təxirə salınıb
# 17 iyun 2015 14:06 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldızın Rusiyaya bu gün nəzərdə tutulan səfəri təxirə salınıb.

"APA-Economics"in "Cihan" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, türkiyəli nazir iyunun 18-20-də Sankt-Peterburq şəhərində baş tutacaq Beynəlxalq İqtisadi Forumunda iştirakı və "Türk axını" boru kəməri ilə bağlı danışıqların nəticələri ilə bağlı danışıqlar aparacağı bildirilirdi.

T. Yıldız səfər çərçivəsində Rusiyanın energetika naziri Aleksandr Novak və “Qazprom” şirkətinin rəhbəri Aleksey Millerlə görüşəcəkdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR