I Avropa Oyunları münasibəti ilə “Zamanın rəngləri” sərgisi keçiriləcək

I Avropa Oyunları münasibəti ilə “Zamanın rəngləri” sərgisi keçiriləcək
# 09 iyun 2015 09:29 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nazirliyin təşkilati dəstəyi ilə keçirilən sərgidə Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Abdulxalıq, Vəcihə Səmədova, Mahmud Tağıyev, Oqtay Sadıqzadə, Mirismayıl Cəfərov, Cabbar Qasımov və başqalarının əsərləri sərgilənəcək.

Sərginin təşkilində əsas məqsəd özünəməxsus ənənələri olan qalereyanın kolleksiyasında illər ərzində toplanmış, böyük bədii dəyərə malik olan əsərlərin həm yerli tamaşaçıların, həm də xarici qonaqların diqqətinə təqdim etməkdən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR