Tovuzda baş verən qəzada ölənlərin sayı 3-ə çatıb

Tovuzda baş verən qəzada ölənlərin sayı 3-ə çatıb
# 31 avqust 2015 10:14 (UTC +04:00)

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 30-da saat 01.00 radələrində Tovuz rayonunun Qaraxanlı kəndində kənd sakini Rəsul Süleymanov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanmış həmkəndlisi Zeynalabdin Zeynalova məxsus “KamAZ” markalı avtomobilə vurub. Nəticədə R.Süleymanov və sərnişinlərindən həmyerliləri Murad Əliyev, Ehtiram Quliyev hadisə yerində ölüb, xəsarət almış digər sərnişini İbrahim Əsədov xəstəxanaya yerləşdirilib.

Tovuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, məlum hadisə ilə bağlı avqustun 30-da Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumata yayıb. Həmin məlumata əsasən, Tovuz rayonu ərazisində “KAMAZ” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Dərhal hadisə yerinə FHN-nin xilasetmə qüvvələri cəlb olunub. “Mercedes”in sürücüsü və sərnişini aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər. Yanğınsöndürən-xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyitləri çıxarıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR