Ukrayna borcların restrukturizasiyası ilə bağlı danışıqlar aparmaq niyyətindədir

Ukrayna borcların restrukturizasiyası ilə bağlı danışıqlar aparmaq niyyətindədir
# 02 aprel 2015 12:32 (UTC +04:00)

Bakı – APA. Ukrayna borcların restrukturizasiyası ilə bağlı danışıqlar aparmaq niyyətindədir.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Ukrayna maliyyə naziri Nataliya Yeresko bildirib ki, artıq iri kreditorlara vahid komitədə birləşmələri üçün müraciət olunub.

Onun sözlərinə görə, Kiyev yeni yaradılacaq komitə ilə danışıqlar aparmaq istəyir.

N. Yeresko bildirib ki, Ukrayna tərəfi bu həftə veriləcək cavabı gözləyir. Borcların restrukturizasiyası ilə bağlı danışıqların may ayının sonunadək bitəcəyinə ümid etdiklərini deyən nazir ölkəsinin başqa imkanlarının olmadığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR