Avrozonaya daxil olan dövlətlər Yunanıstanı avrozonada saxlamaq qərarına gəliblər

Avrozonaya daxil olan dövlətlər Yunanıstanı avrozonada saxlamaq qərarına gəliblər
# 13 iyul 2015 07:34 (UTC +04:00)

Mənbə deyib ki, toplantıda Yunanıstana üçüncü yardım paketinin təqdim olunmasına dair razılığa gəlinib. Bunun əvəzində Aleksis Tsipras hökuməti iyulun 14-nə qədər parlamentdə Avropa İttifaqı ilə razılaşdırılmış 6 qanun layihəsini qəbul etməlidir. Söhbət özəlləşdirmə, təqaüd və vergi islahatları, o cümlədən ƏDV sisteminə yenidən baxılmasından gedir.

Üç illik kreditləşmə proqramı iyulun 15-də Avroqrupun növbəti görüşündə təsdiqlənməlidir. İlkin məlumata görə, Afinaya veriləcək kreditin ümumi həcmi 90 milyard dollar olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR