Suriyada Hərbi Hava Qüvvələrinə məxsus binaya hücum nəticəsində 34 nəfər ölüb

Suriyada Hərbi Hava Qüvvələrinə məxsus binaya hücum nəticəsində 34 nəfər ölüb
# 04 mart 2015 20:52 (UTC +04:00)

Bakı-APA. Hələbdə Suriya Hərbi Hava Qüvvələrinin kəşfiyyat idarəsinə məxsus binaya hücum olub.

APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, nəticədə 20 hərbçi və 12 üsyançı həlak olub.

Qeyd olunur ki, hökumət binasının ələ keçirmək məqsədi ilə həyata keçirilən hücum yaxınlığındakı tunelin partladılması ilə başlayıb. Suriya hərbçilərinin hücumları dəf etdiyi bildirilsə də, ərazidə ayrı-ayrı toqquşmalar indiyədək davam etməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR