Göyçayda 10 hektar taxıl sahəsi yanıb

Göyçayda 10 hektar taxıl sahəsi yanıb
# 17 iyun 2015 14:39 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda taxıl sahəsində yanğın hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 15:30 radələrində Göyçayın Bığır kəndi ərazisindəki dağlıq ərazidə qeydə alınıb.

Kənd sakinlərinə məxsus taxıl sahəsində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsindən 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Hadisə zamanı 4 hektar biçilməmiş, 6 hektar biçilmiş taxıl sahəsi və 2 hektar kol-kol yanıb.

Yanğınsöndürənlərin vaxtında müdaxiləsi səbəbindən alovun daha geniş sahəyə yayılmasının qarşısı alınıb. Yanğın tam söndürülüb və hazırda əraziyə nəzarət edilir.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR