Şəkidə üç uşaq anası dərmandan zəhərlənib

Şəkidə üç uşaq anası dərmandan zəhərlənib
# 29 iyun 2015 21:41 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəkidə üç uşaq anası dərmandan zəhərlənib.

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Qoxmuq kənd sakini, 1984-cü il təvəllüdlü Xəyalə Etibar qızı Məmmədova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, üç uşaq anası olan Xəyalə Məmmədova bilməyərək xəstə övladı üçün təyin edilən dərmanı qəbul edərək zəhərlənib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Xəyalə Məmmədovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR