Xaricdə aşağı reytinqli ali məktəblərə Azərbaycan gənclərinin qəbulunun tənzimlənməsi ilə bağlı əmr imzalanıb

Xaricdə aşağı reytinqli ali məktəblərə Azərbaycan gənclərinin qəbulunun tənzimlənməsi ilə bağlı əmr imzalanıb
# 16 iyun 2015 15:13 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Təhsil naziri Mikayıl Cabbarov Prezident Administrasiyası rəhbərinin sərəncamı ilə təsdiq edilən “Xarici ölkələrdəki aşağı reytinqli ali təhsil müəssisələrinə Azərbaycan gənclərinin qəbulunun tənzimlənməsi ilə bağlı Tədbirlər Planı”nın icrasının təşkili barədə” əmr imzalayıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, əmrə əsasən, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi Qaydaları”nın təkmilləşdirilməsinə və xaricdə təhsil üzrə vasitəçilik fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinə aid edilməsinə dair təkliflərin hazırlanması qərara alınıb.

Azərbaycanın qoşulduğu Lissabon konvensiyasının ratifikasiya şərtlərinin təhsil qanunvericiliyinə uyğunlaşdırılması, xaricdə təhsil üzrə Dövlət Proqramından kənar xaricdə təhsil alan Azərbaycan vətəndaşlarının Təhsil Nazirliyi və müvafiq diplomatik nümayəndəlik, konsulluqları tərəfindən vahid elektron qeydiyyat sisteminin və xaricdə təhsil alan Azərbaycan vətəndaşlarının qeydiyyatının aparılması məqsədilə yeni elektron xidmətin yaradılması, həmin xidmətin “Elektron hökumət” portalı ilə inteqrasiyasının təmin olunması da əmrdə əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR