Qazaxda 75 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb

Qazaxda 75 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb
# 27 iyul 2015 10:17 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Qazaxda 75 yaşlı qadın bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 26-da Qazax rayonunun Qarapapaq kəndində kənd sakini, 75 yaşlı Tamella Babayeva ehtiyatsızlıqdan su kanalına yıxılıb.

T.Babayevanın meyiti Ağstafa rayonunun Dağ Kəsəmən kəndində sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR