Venesiyada Azərbaycan pavilyonunun açılışından video çarx yayımlanıb - VİDEO - FOTOSESSİYA

Venesiyada Azərbaycan pavilyonunun açılışından video çarx yayımlanıb  - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 16 may 2015 16:17 (UTC +04:00)

Bakı-APA. 56-ci “Venesiya Biennalesi” - Beynəlxalq İncəsənət Sərgisi çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan Azərbaycan pavilyonunda “Hüdudları aşaraq” (“Beyond the Line”) və “Vita Vitale” sərgisi davam edir.

Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, mayın 6-da açılışı olan hər iki sərgi noyabrın 22-dək ziyarətçiləri qəbul edəcək.

“Hüdudları aşaraq” sərgisində Əşrəf Murad, Cavad Mircavadov, Tofiq Cavadov, Rasim Babayev, Fazil Nəcəfov, Hüseyn Haqverdi, Şamil Nəcəfzadənin əsərləri təqdim olunur. “Hüdudları aşaraq” sərgisi XX əsrin repressiv Sovet rejiminin kölgəsində qalan rəssamların və onların əsərlərinin ruhunu, azadlıq eşqini işıqlandırır.

Heydər Əliyev Fondunun və IDEA-nın (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) birgə təqdim etdikləri “Vita Vitale” sərgisi isə planetin taleyindən narahatlıqlarını əks etdirən müxtəlif ölkələrin rəssamlarını bir araya gətirir.

Ekspozisiyaya Azərbaycan, ABŞ, Avstriya, Böyük Britaniya, Kanada, Fransa, İtaliya, Niderland, Pakistan, İsveçrə və Özbəkistan rəssamlarının əsərləri daxildir. Sərgidə Edvard Burtinski (Edward Burtynsky), Mirça Kantor (Mircea Cantor), Loris Çekkini (Loris Cecchini), Toni Kreqq (Tony Cragg), Laura Ford (Laura Ford), Leyla Əliyeva, Aida Mahmudova, Endi Vorhol (Andy Warhol) və digər məşhur rəssamların əl işləri yer alıb.

Azərbaycan pavilyonunun açılışından hazırlanan videoçarx təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR